Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Nuri Həmədani Qum şəhərinin Radio və Televiziyasının yeni baş direktoru Höccətül-islam vəl-müslimin Tusi ilə görüşündə bu qurumun rolunu son dərəcə mühüm qiymətləndirərək bildirib: Ölkədə baş vermiş bütün hadisələrin düzgün və məsuliyyətli şəkildə əks olunması sizin əsas vəzifənizdir. Dövlət Televiziya və Radiosunun başlıca prioriteti bütün səviyyələrdə birlik və həmrəyliyi gücləndirməli, eyni zamanda etibarsız açıqlamalara və ixtilaf doğuran mövzuların gündəmə gətirilməsinə qəti şəkildə yol verilməməlidir.
Silahlı qüvvələrin fəaliyyəti ictimaiyyətə dolğun şəkildə çatdırılmalıdır
Ayətullah Nuri Həmədani baş vermiş son müharibə dövründə dövlət televiziyasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələrin fəaliyyəti barədə cəmiyyətə geniş və effektiv məlumat təqdim olunub. Xüsusilə Qum Radio və Televiziyası bu istiqamətdə uğurlu nəticələr əldə edib.
Ayətullah Nuri Həmədani həmçinin xalqın dövlətə, İslam İnqilabına və rəhbərliyə dəstək məqsədilə keçirdiyi aksiyalarda fəal iştirakını yüksək dəyərləndirərək əlavə edib: Xalq Ali Məqamlı Rəhbərin ətrafında sıx birləşməli, ixtilaf və parçalanmadan uzaq durmalıdır ki, düşmənin həyata keçirmək istədiyi bütün planlarının qarşısı alınsın.
Rəyiniz